Müğənni 20 kiloqram arıqladı - foto
22 May 2016 16:00 (UTC+04:00)
Yeni albom hazırlayan müğənni Kuşum Aydın
günü-gündən arıqlayır.
Movqe.az-ın Türkiyə mətbuatına istinadən
məlumatına görə, ifaçı 3 ay ərzində 20 kiloqram çəki
atıb.
Dietoloq məsləhəti ilə pəhriz saxlayan Aydın, həm
də ciddi idmanla məşğul olur.
Mədə kiçiltmə əməliyyatına qarşı olan müğənni bunu
edənləri də qınayıb:
"Bu cür əməliyyat etdirənlərin bədən formaları pis
hala qalır. Ona görə də heç birini çimərlik geyimində görmürük. 20
kiloqram arıqlayıram, hələ də davam edəcəm. Yeni albomum hazır
olandan sonra hər kəs yeni bir Aydın görəcək".