SOCAR Gürcüstandakı neft terminalının gücünü artıracaq

22 May 2016 17:00 (UTC+04:00)

SOCAR Gürcüstandakı Kulevi neft terminalının gücünü 320 mindən 380 min kubmetrə qədər artıracaq. Movqe.az trend-ə istinadən xəbər verir ki,  SOCAR-dakı mənbə deyib.


Mənbə Kulevi neft terminalının gücünü artırılması Heydər Əliyev adına Bakı neft emalı zavodunun (NEZ) istehsal gücünün 6 milyondan 7,5 milyon tona qədər artırılması ilə əlaqələndirib.


ARDNŞ-nin Kulevi terminalı 2008-ci ilin mayında istismara verilib. Neft məhsullarının faktiki olaraq boşaldılmasına iyundan başlanıb. Terminalda yüklərin yüklənib-boşaldılmasının ümumi gücü ildə 10 milyon ton neft yüküdür. Bura üç milyon ton neft, üç milyon ton dizel yanacağı, dörd milyon ton mazut daxildir.