Azərbaycanlı aktrisadan şok! Kişilərin cinsi orqanlarını toplayır/FOTOLAR
22 May 2016 18:00 (UTC+04:00)
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin Türkiyə
mətbuatına verdiyi müsahibə müzakirələrə yol
açıb.
Movqe.az xəbər verir
ki, N.Cavadzadə bildirib ki, kişi pərəstişkarları ona instaqramda
çılpaq şəkillərini( red-cinsiyyət orqanlarının fotolarını)
göndərirlər. Aktrisa həmin fotoların heç birini silmədiyini
bildirib:
"Əvvəllər belə hadisələr məni çox üzürdü. Sonra
ağlıma dahiyanə bir fikir gəldi. Həmin fotoların heç birini
silmirəm, sərgi təşkil edəcəyəm. Həmin fotoları sərgidə nümayiş
etdirəcəyəm. Əgər kişilər cinsiyyət orqanlarını bu şəkildə
sərgiləməkdən məmnundurlarsa, qadın da bunlardan sənət nümayiş
etdirməkdə bir qüsur görməməlidir".
Həmin sərgiyə görə sizi məhkəməyə verə bilməzlər?
sualına aktrisanın cavabı belə olub:
"Onların etdikləri bu hərəkət cinsi zorakılıqdan
başqa bir şey deyil. Əksinə, mən onları məhkəməyə verə bilərəm. Heç
birinin cinsiyyət orqanının şəkilini məcbur əldə etməmişəm. Haradan
bilirsiniz, bəlkə də məşhur olacaqları üçün xəşbəxt də
oldular".