Bakıda orta məktəbdəki yanğın zamanı iki şagird və bir müəllim xilas olunub - YENİLƏNİB 1

23 May 2016 12:37 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyin Bakı şəhəri, Xətai rayonunda Təhsil Nazirliyinə məxsus üçmərtəbəli 95 saylı orta məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb.Movqe.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, məktəbin 1-ci mərtəbəsinin giriş hissəsində 30 kv.m sahədə mebel dəsti yanıb. Yüksək temperaturdan giriş qapısı və 2 ədəd pəncərə əriyib. Hadisə zamanı 2 şagird və 1 nəfər müəllim xilas, 75-80 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Yanğından məktəb binasının qalan hissəsi mühafizə olunub. Yanğın saat 09:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.