"Zenit"in eks baş məşqçisi fasilə götürdü

23 May 2016 13:30 (UTC+04:00)

"Zenit"lə yolları ayrılan Andre Vilyaş-Boaş bir müddət fasilə götürəcək. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, gənc mütəxəsis bu barədə İnstagram hesabından məlumat yayıb.


"Məşqçilik karyeramı 1996-cı ildə başlamışdım. Geridə qalan 20 il ərzində fasilə verməmişəm. Karyeramın 6 ilini baş məşqçi kimi keçirmişəm. Portu, Britaniyanın Virqin adaları, London, Milan, Koimbra və Sankt-Peterburqda peşəkar ambisiyalar və gözləntilərimi realizə etdim. Amma indi ilin sonuna kimi fasilə götürəcəm. Hər kəsə dəstəyinə görə təşəkkür edirəm" - Vilyaş-Boaş yazıb.


Portuqaliyalı mütəxəsis 2014-cü ildə "piterlilər"in baş məşqçi postunda Luçano Spalettini əvəzləmişdi. Onun rəhbərliyi altında "Zenit" son mövsüm Çempionlar Liqasının qrup mərhələsində uğurlu oyun göstərsə də, 1/8 finalda "Benfica" səddini keçə bilməmişdi. Rusiya çempionatını 3-cü pillədə başa vuran klub növbəti mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edəcək.