Yer aralandı - 4 avtomobili "uddu"

23 May 2016 21:00 (UTC+04:00)

Movqe.az bildirir ki, Çinin şərqindəki Tzyansi vilayətində baş verən qəribə hadisə müşahidə kamerasında anbaan lentə alınıb. Yerin qəfil çökməsi ilə birgə 4 maşın toprağa batıb.


Yarğanın dərinliyinin 3 metr, uzunluğunun isə təxminən 5 metr olduğu açıqlanıb. Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Qəzadan sonra yarğana düşən avtomobilləri çıxarmaq üçün əraziyə kran cəlb olunub.


Hadisənin hansı səbəbdən baş verdiyi dəqiqləşməyib. Bununla belə, bir çox hallarda qrunt sularının toprağı aşındırmasının yarğanlara yol açdığı məlumdur. /atv.az/