ATƏT PA-nın xüsusi nümayəndəsi Cənubi Qafqaz regionunda səfərdədir

23 May 2016 15:17 (UTC+04:00)

ATƏT-in Cənubi Qafqaz üzrə Parlament Assambleyasının xüsusi nümayəndəsi Kristian Vigenini regionda səfərdədir.

K.Vigenini bu gün və sabah Yerevanda görüşlər keçirəcək, 25-26 may tarixlərində Gürcüstanda olacaq, sonra isə Azərbaycana gələcək.


K.Vigenini mayın 27-də Azərbaycanda Dağlıq Qarabağ münaqişəsini, qaçqın və məcburi köçkün problemini və digər məsələləri müzakirə edəcək./trend/