Ermənistan ordusunun daha bir generalı vəzifəsindən azad olunub

23 May 2016 17:46 (UTC+04:00)

Ermənistan Silahlı Qüvvələrinin silahlanma idarəsinin rəisi, Melsik Çilinqaryan vəzifəsindən azad edilib.

 

Movqe.az-ın verdiyi məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyan bununla bağlı sərəncam imzalayıb.

 

Qeyd edək ki, ötən ayın sonlarında S. Sarkisyan 3 generalın işdən azad edilməsi ilə bağlı sərəncam verib. Bunlar müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Alik Mirzabekyan, rabitə xidmətlərinin rəisi general-mayor Komitas Muradyan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi Arşak Karapetyandır./apa/