Il-de France : CGT-RATP iyunun 2-dən etibarən müddətsiz tətilə çağırış elan etdi

23 May 2016 18:03 (UTC+04:00)

Həmkarlar İttifaqı illik əmək haqqı danışıqlarına başlamağı və əmək qanunu layihəsini geri götürməyi tələb edir.Movqe.az AFP-yə istinadən xəbər verir ki, mayın 23-də Fransa paytaxtının da daxil olduğu Il-de France regionu üzrə bütün nəqliyyat vasitələrini birləşdirən CGT-RATP sindikatı iyunun 2-dən etibarən müddətsiz tətil elan edib

"Hökumətin dəstəklədiyi idarə rəhbərliyi bütün maaşa yeganə əsas zəmanət olan qanunvericilik üzrə dəyəri artırmamaqda inadkarlıq göstərir" deyə, tətil komitəsi sədrinin müavini Ammaş Bertran şikayətlənib.