Ən çox milyarderi olan ölkələr - SİYAHI

24 May 2016 19:00 (UTC+04:00)

Dünyada əhali sayına görə ən çox milyarderin olduğu ölkələr;


Tayvan


Ölkədə 33 nəfər milyarder var. Əhali sayı 23 milyon 456 min 545 nəfər olan Tayvanda hər 701 804 adama bir milyarder düşür.


Küveyt


Bu ölkədə 5 nəfər milyarder var. Ölkə əhalisi 3 milyon 268 min 431 nəfərdir. Küveytdə 653 min 686 adama bir milyarder düşür.


ABŞ


ABŞ-da 536 milyarder yaşayır. Ölkənin əhalisi 321 milyon 369 min nəfərdir. ABŞ-da hər 599 min 569 adama bir milyarder düşür.


Livan


7 nəfər milyarder var. Əhalisi 4 milyon 104 min nəfərdir. Hər 586286 adama bir milyarder düşür.


Norveç


Norveçdə 10 nəfər milyarder var. Əhalisi 5 milyon 177 min nəfərdir. Hər 517 min 700 adama bir milyarder düşür.


İsrail


İsraildə 17 milyarder fəaliyyət göstərir. Əhali 8 milyon 358 min nəfərdir. Hər 491 min adama bir milyarder düşür.


İsveç


Ölkədə 23 milyarder var. Əhalisi 9 milyon 784 min 445 nəfərdir. Hər 425 min adama bir milyarder düşür.


İslandiya


Ölkədə yalnız 1 nəfər milyarder var. Əhalisi 329 min 740 nəfərdir.


Sinqapur


Ölkədə 19 nəfər milyarder var. Əhalisi 5 milyon 469 min 700 nəfərdir.


İsveçrə


Ölkədə 29 milyarder var. Əhalisi 8 milyon 256 min nəfərdir.


Kipr


Ölkədə 5 milyarder var. Əhalisi 858 min nəfərdir.


Honk-Konq


Ölkədə 55 milyarder var. Əhalisi 7 milyon 264 min 100 nəfərdir


Monako


Ölkədə 3 nəfər milyarder var. Əhalisi 37 min 800 nəfərdir./atv.az/