FikrətYusifov: İqtisadiamnistiya heç kimi çaşdırmasın...

24 May 2016 11:47 (UTC+04:00)

May ayının 20-də ölkə başçısı Milli Məclis tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu" nu təsdiq etdi. Əslində bu sahibkarlara, iş adamlarına iqtisadi amnistiya verən bir sənəddir. Dəyişikliklər iş adamlarına diqqətsizlik, səhv və hətta səhlənkarlıq nəticəsində dövlətə vurduqları zərərə görə cinayət məsuliyyətindən maksimum uzaq ola bilmək şansı verir. Nələrdən ibarətdir bu dəyişikliklər? İlk öncə buna qədər Cinayət Məcəlləsi ilə nəzərdə tutulan "xeyli miqdar" və "küllü miqdar" anlayışlarına məbləğ etibarilə yeni yanaşım edilir. Köhnə qaydalar ilə "xeyli miqdar" dedikdə 1000 manatdan 7000 manata qədər olan məbləğbaşa düşülürdüsə, yeni qaydalarla bu rəqəmin minumum həddi 20 dəfə artırılaraq, 1000 manatdan 20 000 manata, maksimum həddi isə 14,3 dəfə artırılaraq, 7000 manatdan 100 000 manata çatdırıldı. Eyni qayda ilə "küllü məbləğ" kimi müəyyənləşdirilən və CM-nin "İqtisadi Cinayətlər " bölməsindəki əksər maddələr üzrə tətbiq edilən 7000 manatdan artıq olan məbləğin də dəyişdirilərək minimum həddi 100 000 manatdan yuxarı ola biləcək məbləğlə əvəzləşdirildi.  Cinayət Məcəlləsinin 213-cü  "Vergi ödəməkdən yayınma" maddəsinin "qeyd" hissəsində  nəzərdə tutulan və 2000 manatdan 50000 manata qədər olan "xeyli miqdar" kimi  və 50 000 manatdan yuxarı olan "küllü miqdar"  kimi müəyyən edilmiş məbləğlər də müvafiq olaraq 20 000 manatdan 100 000 manata qədər və 100 000 manatdan artıq olan məbləğlə əvəzləşdirildi. Burada da minimum və maksimum hədlər 2 dəfədən 10 dəfəyə qədər artırıldı. 

Cinayət Məcəlləsində edilən və əslində sahibkarlara, iş adamlarına daha çox üstünlük gətirən ən maraqlı yenilik isə onlara vergidən yayınma və qanunsuz fəaliyyətlə məşğulluğa görə yayındırılmış məbləğin və dövlətə vurulmuş zərərin bir neçə mislini büdcəyə ödəməklə cinayət məsuliyyətindən azad olmaq şansının verilməsindən ibarətdir. Məsələn, Cinayət Məcəlləsinin 213-cü  "Vergi ödəməkdən yayınma" maddəsinin sanksiya nəzərdə tutan 213.1 bəndinin əvvəlinə "cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə"  ödəməyi nəzərdə  tutan əlavə, vergi ödənişi üzrə qanunu pozduğuna görə əslində cinayət məsuliyyətinə cəlb edilməli olan iş adamına vurduğu ziyanın 2-4 mislini ödəməklə cinayət məsuliyyətindən qurtarmaq imkanı yaradır. Bu kimi dəyişikliklər CM-nin bir çox digər maddələrinə də edilən yeniliklərdir. Bir sözlə bütün bu dəyişikliklər iş adamlarını diqqətsizliyə, səhvlərə və hətta bəzən səhlənkarlığa görə cinayət məsuliyyətinə cəlb edilməkdən qurtarmağa yönəli addımlardır.

Bəsdövlətin, ölkəbaşçısınınbuaddımlarınaişadamları, sahibkarlarnecəcavabverəcəklər?Baxbuçoxciddibirməsələdir. Əgərvergidənyayınmavəqanunsuzfəaliyyətləməşğulolmaqkimicinayəttərkibliəməllərəgörədəymişziyanınməbləğinidövlət10-20 dəfəyəqədərartırısavəeynizamandabununbilərəkdənvəyabilməyərəkdənbaş verməsininfərqinəvarmadan,dəymişziyanınbirnecəmisliqədərödənişiqəbuledib, iş adamını, sahibkarı cinayət məsuliyyətindən qurtarırsa,deməliişadamları, sahibkarlardaüzlərini 180 dərəcədövlətətərəfçevirməyibacarmalıdırlar. Bugünsahibkardaişadamıdabaşadüşməlidirki, hərbirməsələdəolduğu kimi burada da münasibətlərinqarşılıqlıolmasıvacibdir. Əgərsahibkar, işadamıbugünonunüçünyaradılanbumünbitşəraitidüzgünqiymətləndirəbilməsəvədövlətin buaddımlarınıona"vergidəndahaçoxyayınmaq"və"dahaçoxqanunsuzfəaliyyətləməşğulolmaq"şansıkimidəyərləndirərsə,birmüddətdənsonrabununacınəticələrinin ola biləcəyini də göz önünə gətirməlidir.Yəni belə olarsa, onda dövlətverdiyibu şansıhaqlıolaraqciddicəzalarlaəvzləyəbilər. Odurki, bugünbuməsələhərbirişadamını, sahibkarıdərindəndüşündürməlidir. Hərkəsdövlətinbuaddımlarındansonrabüdcəqarşısındavergiborclarınıödəməkməsələsindəmaksimumintizamlıolmalıdır.  Necə ki, dövlət cinayət halı yarada bilən məbləği 10-20 dəfəyə qədər artıraraq iş adamının, sahibkarın vəziyyətini yüngülləşdiribsə, iş adamı da, sahibkar da bunun qarşılığını dövlətin büdcəsinə vergi borcunu ödəmək sahəsində öz məsuliyyətini bir o qədər artırmaqla verməlidir.

Bu günhansısa ticarət obyekti öz rəsmi dövriyyəsini 40 dəfəyə qədər gizlədib vergidən yayınırsa və hələ bu az imiş ki, vergi güzəşti əldə etmək üçün dövlətin üzərinə yeriməyə cəhd edirsə, deməli belələrini mütləq cəzalandırmaq lazımdır. Beləsinə heç bir güzəşt ola bilməz.