"Eurovision" ən çox bu ölkədə izlənilib

24 May 2016 13:15 (UTC+04:00)

"Eurovision-2016" mahnı müsabiqəsini izləyənlərin sayı açıqlanıb.


Movqe.az müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, bu ilki tamaşaçıların sayı 204 milyon nəfər olub. Bu rəqəm 42 ölkə üzrə yayımın nəticəsidir. Rəqəmlər keçən ildən 5 milyon nəfər çoxdur.


Əhali sayına nisbətdə "Eurovision"a ən çox maraq İslandiyada olub. Belə ki, final günü tamaşaçıların 95,3%-i canlı yayımı izləyib. Sayca ən çox tamaşaçı isə Almaniyada olub - 9,3 milyon nəfər.