Ed Vudvord Lui van Qaalın istefasından danışıb

24 May 2016 13:45 (UTC+04:00)

"Manchester United" Lui van Qaalın istefaya göndərilməsini rəsmən elan edib. Movqe.az goal.az-a istinadən xəbər verir ki, klubun vitse-prezidenti Ede Vudvord holland mütəxəsisə xidmətinə görə təşəkkür edib.


"Lui və onun köməkçilərinə 2 ildəki fəaliyyətinə görə təşəkkür edirəm. Bunun kuliminasiyası İngiltərə kubokunda 12-ci çempionluq oldu. Lui bu vaxt ərzində işini peşəkar və layiqli şəkildə icra etdi. O getsə də, gənc futbolçulara özünü yüksək səviyyədə göstərmək imkanı verməklə lazımlı irs qoydu. Klub ona gələcək işlərində uğurlar arzu edir".


"Manikunianlar"ın rəsmi saytı yeni baş məşqçinin adını yaxın saatlarda elan edəcək.