Çılpaq yola çıxıb maşına atıldı_Foto

24 May 2016 22:00 (UTC+04:00)

Qəflətən yola çıxan lüt kişi qarşısına çıxan avtomobilin üzərinə atılıb. Daha sonra o, avtomobilin ön şüşəsində uzanmış vəziyyətdə mahnı oxumağa, qışqırmağa başlayıb. Sonda isə maşından düşən çılpaq kişi səkiyə uzanıb.


Movqe.az TMZ-yə istinadən bildirir ki, olay ABŞ-ın Los-Anceles şəhərində, Studio City səmtindəki Cahuenga W bulvarında yaşanıb.

"Mercado" meksikan restoranının qarşısındakı kolluğun arxasında gizlənmiş lüt kişi yola çıxıb maşının üzərinə atılandan sonra "Rədd olun hamınız!" bağırıb, mahnılar oxuyub.

Hadisə yerinə gəlmiş polis bu şəxsi saxlayıb.