Son nəfəsində onlarla vidalaşdı

24 May 2016 22:30 (UTC+04:00)

"Bilirəm, ölürəm. Son nəfəsimdə sadiq dostlarımı görmək istəyrəm".

Vyetnam müharibəsinin veteranı, amerikalı Roberto Qonsales palatasında onun çarpayısının başında duran baş həkimdən belə xahiş etmişdi.

Qonsalesin xahişi yerinə yetirilib.

Milli.Az ABC-yə istinadən bildirir ki, ABŞ-ın Texas ştatında yaşayan R.Qonsales San-Antonio şəhərindəki San Antonio VA Hospitalda idi. Dünən onun sevimli atları 220 kilometr uzaqdan sahibinin yanına gətirilib. Qonsales sadiq dostları - "Rinqo" və "Sugar" adlı atlarla vidalaşıb.

Vyetnam savaşında 1970-ci ilin mayın 21-də ağır yaralanandan sonra ordudan tərxis olunan Qonsales sonradan doğma Texas ştatında at təlimçisi işləyirdi.

O, San-Antonio şəhərində müharibə veteranları üçün yaradılmış hospitalın da ilk pasiyentlərindən biri olub.

"Ringo" və "Sugar" sahiblərini görəndə əvvəlcə fınxırıblar, sonra ona Robertoya yaxınlaşaraq onu qoxlayıblar.