Əfrasim Aşurbəyov: ”Ermənistan sülh prinsiplərini ayaqlar altına alır”

24 May 2016 14:12 (UTC+04:00)

Qarabağ məsələsinin həllində Azərbaycan cəmiyyəti birlik nümayiş etdirir.Bu sözləri  "Həmrəy" Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi idarə heyətinin sədri Əfrasim Aşurbəyov bildirib."Bu gün Ermənistan beynəlxalq sülh prinsiplərini ayaqlar altına alır və demək olar ki, "haqlı" tərəf kimi özünü təqdim edir. Təəssüf ki,beynəlxalq aləm istənilən təzyiqi Ermənistana göstərmir. Beynəlxalq birlik sülh məsələsində israrlı olmalıdır ki, bölgədə sülh və əmin-amanlıq bərqərar olsun. Bütün beynəlxalq hüquqi sənədlər Azərbaycanın haqlı olduğunu sübut edir.",-deyə Ə.Aşurbəyov vurğulayıb.