Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib

24 May 2016 15:22 (UTC+04:00)

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları 4 fakt üzrə 40 600 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Movqe.az-a verilən məlumata görə, Rusiya istiqamətindən "Samur" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan avtomobillərə baxış keçirən gömrükçülər nəqliyyat vasitələrinin salonlarındakı gizli saxlanc yerlərindən gömrük orqanına əvvəlcədən bəyan olunmayan külli miqdarda - 40 600 ədəd müxtəlif markalı siqaretlər aşkar edib.Bütün faktlarla bağlı araşdırma aparılır.