Bakıda universitet müəllimi dünyasını dəyişib

24 May 2016 15:38 (UTC+04:00)

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi dünən səhər saatlarında işə gedərkən yolda dünyasını dəyişib. Movqe.az-ın məlumatına görə, mərhum  ADNSU-nun elektroenergetika kafedrasının müəllimi Natiq Bədəlovdur. N. Bədəlov Binəqədi qəsəbə sakinidir. O uzun müddətdir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin elektroenergetika kafedrasında müəllim işləyib. Mərhum ürək tutmasından qəflətən dünyasını dəyişib. Movqe.az-a məlumatı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat xidmətindən təsdiqləyiblər.