Bakıda avtomobil yarışı keçiriləcək

24 May 2016 16:27 (UTC+04:00)

Mayın 29-da Bakıda V1 Challenge 2016 üzrə Azərbaycan çempionatı keçiriləcək.


Təşkilatçı Azərbaycan Avtomobil Federasiyasından Movqe.az goal.az-a istinadən  məlumat verir ki, yarış Bakı Olimpiya Stadionu yaxınlığındakı Böyükşor parkı ətrafında açıq havada təşkil olunacaq.


Çempionatda 12 yerli pilot iştirak edəcək. 


Onlar əvvəlcə sıralama mərhələsində yarışacaq, göstərilən nəticələrə uyğun idmançılar 3 qrupa bölünərək mübarizə aparacaqlar. İlk 3 yeri tutanlar mükafatlandırılacaq.


Qeyd edək ki, 2014-cü il oktyabrın 11-də "V1 Challenge" yarışının Azərbaycanda təqdimatı keçirilib. Bakı Kristal Zalında təşkil olunmuş yarışda 12 ölkədən 14 idmançı iştirak edib. Bakıdakı təqdimat yarışının qalibi fransız pilot Anton Huber, 2-ci yerin sahibi almaniyalı Harald Müller, 3-cü yerin sahibi isə livanlı Abdo Feqali olub. Pilotların mübarizəsini 18 000 tamaşaçı canlı izləyib.