2006-2011 istehsalı olan 1,58 milyon maşın geri çağırıldı

24 May 2016 18:20 (UTC+04:00)

Yaponiyanın "Toyota Motor" avtomobil konserni "Takata" şirkətinin potensial təhlükə mənbəyi olan qüsurlu təhlükəsizlik yastıqlarının dəyişdirilməsi üçün ABŞ-da 1,58 milyon maşını geri çağırır."Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı "Kiodo" agentliyi yazıb.Onun məlumatına görə, "Toyota Motor" 2006-2011-ci illər ərzində qüsur səbəbindən ABŞ-da "Toyota Yaris" və "Lexus IS" modelləri də daxil olmaqla ümumilikdə 4,7 mln. avtomobilini geri çağırıb.İddia olunur ki, bəzi hallarda "Toyota" maşınlarında istifadə olunan "Takata" təhlükəsizlik yastıqlarının açılması sistemi sərnişinlərə metal detallar atıb. "Kiodo"nun məlumatına görə, dünya üzrə ondan çox insanın ölümü yastıqların qüsuru ilə əlaqələndirilir.