İsrail: insanın klonlaşdırılmasını qadağan edən qanun qüvvədə qaldı

24 May 2016 18:30 (UTC+04:00)

İsrail parlamenti (Knesset) insanın klonlaşdırılmasını qadağan edən qanunun daha 4 il qüvvədə saxlanmasına səs verib. Qanuna görə, hətta texnologiya imkan versə də, 2020-ci ilə qədər insanın klonlaşdırılması qanunsuz hesab olunacaq. Qanun insanın klonlaşdırılması ilə bağlı istənilən metodikanı yasaq edir.