Dünya Kadırovun pişiyi üçün səfərbər oldu

25 May 2016 10:40 (UTC+04:00)

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovın itmiş pişiyi dünya mətbuatının gündəminə çevrilib.


Movqe.az bildirir ki, dünya şöhrətli britaniyalı aparıcı, yumorist Con Oliver bütün dünyadakı insanlara səslənərək, Kadırovun pişiyini axtarmağa çağırıb.

 

Xatırladaq ki, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov öz İnstaqram səhifəsində pişiyinin yoxa çıxdığını elan etmiş və görənlərdən yardım istəmişdi./axar.az/