Daha bir müəllimə qarşı dələduzluq - 93 minlik

25 May 2016 11:32 (UTC+04:00)

Bakıda daha bir müəllimə qarşı külli miqdarda dələduzluq edilib. Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, Bakıxanov qəsəbəsinin sakini, 1960-cı il təvəllüdlü Gülbahar Kamal qızı Abbasova polisə ərizə ilə müraciət edərək Rizvan adlı şəxsin onun adına Beynəlxalq Bankdan 93 min manat kredit götürərək mənimsədiyini bildirib. Daxil olan şikayət əsasında araşdırmalara başlanıb. Qeyd edək ki, G. Abbasova 252 saylı orta məktəbin müəllimidir.