Peskovun qızı “Instagram”da bağlı akkaunt yaratdı

25 May 2016 13:20 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta özünə başqa bir bağlı "İnstagram" akkauntu açıb.

Movqe.az-ın  məlumatına görə, xanım Peskova orada post dərc edərək,  bütün dostlarını bu akkaunta dəvət edib.

 

"Necə deyərlər, bu akkaunt ancaq dostlar üçündür", - deyə o, yeni profilində yazıb. 

 

Hazırda qızın 10 nəfər izləyicisi var. Ancaq Yelizavetanın əsas akkauntunu 17,7 mindən artıq oxucu izləyir.

 

Bundan əvvəl isə Yelizaveta Peskova özünün "Instagram" akkauntunda Rusiyanın təhsil sistemini sərt tənqid edib./lent.az/