Elariz Məmmədoğlunun qızı boşanıb? - Açıqlama

25 May 2016 13:27 (UTC+04:00)

Müğənni Elariz Məmmədoğlu qızının boşanması ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib. Movqe.az-ın lent.az-a istinadən məlumatına görə, "10-dan sonra" verilişinə danışan ifaçı bu xəbərin yalan olduğunu deyib: "Belə bir şey yoxdur. Mənim üç nəvəm var, qızım xoşbəxt yaşayır. Qızlarımın hər ikisinin də ailəsi var. İnanmırsınızsa, telefonda göstərə bilərəm. Amma telefonun markası reklam olar deyə, göstərmirəm".

 Qeyd edək ki, E.Məmmədoğlunun 2 qızı, bir oğlu var. Qızları ailəli olsa da, oğlu subaydır, hazırda Türkiyədə təhsil alır.