"İnter" Tureni pulsuz ələ keçirməyə çalışır

25 May 2016 13:35 (UTC+04:00)

"İnter" Yay Tureni transfer etmək fikrindən əl çəkmir. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, "nerazzurri" təcrübəli yarımmüdafiəçidən "Manchester City" ilə müqaviləsini pozmağı xahiş edib. Bunun səbəbi "City" ilə müqaviləsi 2017-ci ildə başa çatacaq yarımmüdafiəçini transfer etmək üçün "İnter"in kifayət qədər vəsaitə malik olmamasıdır. Buna görə milanlılar onu pulsuz, azad agent kimi heyətinə cəlb etməyə çalışır. "City"nin baş məşqçisi Xosep Qvardiola Turenin mövqeyinə İlkay Gündoğanı sınaqdan keçirməyi düşünür. "Barcelona"da kot-d`ivuarlı futbolçunun "yerini dar edən" katalon mütəxəsis "Manchester City"də onu eyni aqibətlə üz-üzə qoya bilər. Buna görə Ture məvacibinin azalmasına rəğmən, "İnter"də oynamağa müsbət yanaşır.


Qeyd edək ki, son mövsüm 32 oyunda meydana çıxan futbolçu 6 qol vurmuşdu.