"Ronaldo və Neymar təkbaşına ldierlik edə bilər?"

25 May 2016 14:00 (UTC+04:00)

PSG-nin yarımmüdafiəçisi Tiyaqo Motta komanda ilə yollarını ayıran Zlatan İbrahimoviçi layiqli əvəzləyə bilən futbolçu tapılacağını düşünmür. İtaliya millisinin üzvü Ronaldo və Neymarın da bu tapşırığın öhdəsindən gəlməyə qadir olmadığı qənaətindədir. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, "Gazzetta dello Sport"a açıqlamasında Motta bunları deyib:


"Ronaldo və Neymar məşhur futbolçulardır. Hər biri komandasında aparıcı rola malikdir. Amma, görəsən, onlar təkbaşına liderlik edə bilərlər? İbrahimoviç bunu yerinə yetirirdi. Belə olmasa, onları transfer etməklə riskə yol verə bilərik. Eyni zamanda hücumda liderlik funksiyasını Kavani öhdəsinə götürə bilər. Ümid edirəm, bunun öhdəsindən gələcək".