10 dəqiqəyə aşiq olan oğlanı əsəbləşdirdilər, studiyanı tərk etdi

25 May 2016 14:30 (UTC+04:00)

Bir neçə gün əvvəl bütün Türkiyənin müzakirə etdiyi Erkan-Zahra cütlüyünü əsəbləşdiriblər.

Esranın verilişində ilk: bəy 10 dəqiqəyə evlənmə təklifi etdi - VİDEO - FOTO

Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, verilişdə onlar barəsində deyilən fikirlərə əsəbləşən Erkan qızı da götürərək studiyanı tərk etmək istəyib. Lakin onlar Esranın xahişi ilə yenidən studiyaya qayıdıblar.


Xatırladaq ki, Erkan adlı bəy namizəd Zahra adlı namizədi gördükdə çox bəyənmişdi. O, qıza aşiq olduğunu hiss etdirərək cəmi 10 dəqiqə ərzində diz çökərək ona evlənmə təklifi etmişdi.