Saqqalına görə hamı onu kişi bilir, amma...FOTOLAR
25 May 2016 19:00 (UTC+04:00)
33 yaşlı Rene adlı qadının üzündə 14 yaşından bəri
tük çıxır. Rene 14 yaşından bəri saqqalla mübarizə
aparır.
O, sosial şəbəkədə lazer əməliyyatı kimi bir çox
üsula əl atdığını yazıb. İllər boyu təraş olmaq üçün səhər tezdən
yuxudan oyanmaq məcburiyyətində qalan gənc qadına polikistik
yumurtalıq diaqnozu qoyulub, ancaq xəstəliyə heç cür çarə tapılmır.
Üzünə saqqal çıxdığını bir müddət gizlətməyə çalışan qadın şou
proqrama qatıldıqdan sonra həyatı dəyişib. Rene saqqal
müsabiqəsində birincilik qazandıqdan sonra taleyi ilə barışmalı
olub. Hətta saqqalına forma verib, özünə karyera qurub. Rene artıq
sirklərdə çalışır.
Onun ən böyük şikayəti isə insanların istehza dolu
baxışlarıdır. Gənc qadın heç nəyə baxmayaraq, daha təraş
olmayacağını deyir./publika.az/