Ötən əsrdən bu günədək dəyişən dəb tendensiyaları - FOTOLAR
25 May 2016 19:30 (UTC+04:00)
Geyim ilk təəssürat yaratmaq üçün ən əsas
vasitələrdən biridir. Yəqin ki, "Sizin ilk təəssürat yaratmaq üçün
ikinci şansınız olmayacaq," ifadəsini siz də eşitmisiniz. İnsanlar
ilk baxışda adətən sizi geyim tərzinizə görə dəyərləndirir. Bunun
nə dərəcədə doğru olduğunu mühakimə etmək ehtiyacı olsa da, həqiqət
dəyişməz olaraq qalır. Bu fikir sizin nə geyindiyinizin başqaları
üçün nə qədər əhəmiyyətli olduğunu göstərməyə bəs
edir.
Dəb və geyim mövzusunda həmişə keçmişə baxmaq da
maraqlıdır. Hər bir dövrün geyimi həmin illərin ruh halını da
göstərir. Dəbin dövri olduğunu düşündükdə isə, illər ərzində
dəyişən dəbdə onilliklər keçdikdən sonra təkrarlanan tendensiyaları
da müşahidə etmək mümkündür.
Movqe.az big.az-a istinadən sizə XX əsrin əvvələrindən müasir dövrümüzə qədər
dəyişən dəb tendensiyalarını təqdim edir.
1916 – 1926
Ətir yeni kəşf edilmişdi, kəmər isə narahat
korsetlərə əvəz etməyə başlamışdı. Bu dövrə geyimləri rahatlaşdıran
aksessuarların yaradılmasını aid etmək olar.
1926 – 1936
Artıq qadınlar da öz geyim hüquqlarını ifadə
etməyə başlamışrı. Bu dövrdə uzun ətəklər nisbətən qısaldı,
qadınlar artıq şalvar geyinməyə başlamışdı. Rahatlıq önəmli
məsələlərdən birinə çevrildi.
1936 – 1946
Müharibə hər şeyi dəyişdi. Modanın unutması da bu
dəyişikliklərdən biri idi. Kişilər əksəriyyəti əsgər forması
geyinir, qadınlar isə sadə paltarlara üstünlük
verirdilər.
1946 – 1956
50-ci illərdə insanlar müharibənin izlərini
silməyə çalışırdı. Artıq daha çox ayyaqabı seçimi var idi.
Siluetlər bütün dünyaya yayılmışdı Qadınlarda eleqantlıq, kişilərdə
isə ciddilik var idi.
1956 – 1966
60-cı illərin dəbi qadın zərifliyini ön plana
çıxarırdı. Şapkalar və qabarıq saç düzümləri populyarlaşmağa
başlamışdı. Ətəklər bir az da qısalmışdı.
1966 – 1976
70-ci illər modada "azadlıq" illəri idi.
Dizaynerlər hər kəsin istədiyi kimi geyinməli olduğunu düşünürdü.
Qadınlar köynək geyinməyə başlamışdı. Kişilər arasında isə cins
məşhurlaşmağa başlamışdı.
1976 – 1986
80-ci illər cavaracci şalvarı, qladiator
sandalının populyar olduğu illər idi. Bu dövrün dəbi olduqca
spesifik hesab edilir.
1986 – 1996
Punk stilinin modanı əsir aldığı illər. Sarı
saçlar, jaket və pencəylər bu illərdə moda olmuşdu. Gənclər
azadlıqlarını geyimləriylə ifadə etməyi bacarırdı.
1996 – 2006
Modada qadın-kişi fərqinin azaldığı və geyimlərim
uniseks olmağa başladığı dövr. İnsanlar daha rahat və cəsarətli
geyinirdi.
2006 – 2016