Hər kəsi heyrətləndirən bahalı nömrə

25 May 2016 20:00 (UTC+04:00)

Sosial şəbəkədə maraqlı foto yayılıb.


Movqe.az xəbər verir ki, zibil daşıyan maşının bahalı nömrəsinin fotosu izləyiciləri olduqca təəccübləndirib.


Naxçıvanda çəkildiyi güman edilən zibil maşının "85-AD-999" dövlət nömrə nişanının bahalı olması çoxsaylı müzakirələrə səbəb olub.


Maşınının üzərindəki kifayət qədər bahadır. 10 min manatdan baha olduğu güman edilən nömrənin zibil maşının üzərində olması sosial şəbəkədə istifadəçilərin bəzilərini güldürüb.


Çoxları maşının sürücüsünün nömrəni satıb yeni biznes qura biləcəyini söyləyib.