Pəhriz saxlayanlar, bu ətirlərdən uzaq durun

25 May 2016 21:30 (UTC+04:00)

Darçın, vanil, portağal və berqamot kimi sitrus bitkiləri ehtiva edən ətirlər arıqlamağa mane olur. 


Movqe.az  xəbər verir ki, yaşıl alma və sarıkök qoxuları iştahı öldürür, vanil, darçın və portağal kimi qoxular isə pəhrizin düşmənidir.


Şokoladlı və ya meyvəli tort, ya da sobadan yenicə çıxmış bir piroq hamımızın iştahasını qaldırır. Pəhriz saxlayanda bütün bu gözəl ləzzətlərdən uzaq durmaq həqiqətən çətindir. Türkiyəli ətriyyatçı Sonay Gürer pəhriz saxlayan insanlara tərkibində portağal, berqamot kimi bitkilər olan ətirlərdən istifadə etməyi məsləhət görmür:


"Çoxumuz fərqində deyilik, amma qoxu həyatımızda çox əhəmiyyətli yer tutur. Məsələn, aşiq olduğumuz insanı qoxusu ilə xatırlayırıq, yağış yağanda torpağın iyi insana rahatlıq gətirir, hətta uşağın spesifik qoxusu olur.


Pəhriz saxlayanlar qoxulara qarşı xüsusi ilə çox diqqətli olmalıdır. İştaha açan, enerji verən rənglər olduğu kimi iştah mərkəzini sakitləşdirən və ya hərəkətə gətirən qoxular da var. Pəhriz saxlayan insanların tərkibində darçın, vanil və ya portağal, berqamot kimi sitrus bitkiləri olan ətir istifadə etməsini məsləhət görmürəm. Çünki bu qoxular iştah açır və sizi pəhrizi pozmağa sövq edir. Bu halda pəhrizə başlayanda bu ətirlərdən bir müddətlik istifadə etməyin. Yaşıl alma, sarıkök kimi məhsullar isə iştah mərkəzini sakitləşdirərək aclıq hissini azaldır. Beləliklə pəhrizə yardım olur. Odur ki, ətir almazdan əvvəl onun tərkibini diqqətlə nəzərdən keçirməyi tövsiyə edirəm"./publika.az/