Bakı, Tbilisi və Ankara hərbi təlimlər keçirə bilərlər

25 May 2016 15:42 (UTC+04:00)

2017-ci ilin yayında Gürcüstanın ərazisində Türkiyə, Azərbaycan və Gürcüstan birgə hərbi təlimlər keçirə bilər.


Movqe.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Vaxtanq Kapanadze deyib.


Onun sözlərinə görə, təlimlər irimiqyaslı olacaq: "Təlimlərdə ən əsası antiterror və təhlükəsizlik məsələləri yer alacaq".