Boğazına kartof ilişdiyi üçün vəfat edən aktrisanın MİRASI

25 May 2016 23:00 (UTC+04:00)

Ötən günlərdə boğazında kartof qaldığı üçün aorta damarı zədələnən, nəticədə faciəvi şəkildə həyatını itirən mərhum aktrisa Oya Aydoğanın mirası hesablanır.


Movqe.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın bütün pullarını antik əşyalara xərclədiyi məlum olub. Bu əşyaların ümumi qiymətinin isə 10 milyon lirə olduğu iddia edilib.


Oya Aydoğan ölümündən əvvəl verdiyi reportajda bildirmişdi ki, o, Yeşilçam-dan qazandığı pullarla Ulusda bir ev alıb, qalanını isə antik əşyalara xərcləyib.


Aktrisanın var-yoxunu xərcədiyi antik əşyaların qiyməti hamı tərəfindən maraq edilir. Əşyaların ümumi qiymətinin 10 milyon lirə olub-olmadığını isə mərhumənin oğlu deyəcək.