"Liverpool" gənc qapıçını transfer edib

25 May 2016 17:00 (UTC+04:00)

"Liverpool" yay transfer mövsümündə ilk transferini artıq reallaşdırıb. Movqe.az goal.az-a istinadən xəbər verir ki, "qırmızılar" "Mainz"ın qapıçısı Loris Kariusu heyətinə cəlb edib. 22 yaşlı qolkiperlə 5 illik müqavilə imzalanıb. Müqavilə iyulun 1-dən rəsmən qüvvəyə minəcək. Karius ötən mövsüm "Mainz"ın Bundesliqada 6-cı yer tutması və Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmasında mühüm rol oynamışdı. O, 34 çempionat oyununda 9 dəfə qapısını toxunulmaz saxlamışdı."Yurqen Kloppla danışdım. O, mənə klub və futbolçularla birlikdə nail olmaq istədiyi nəticələrdən danışdı. Bu söhbət məndə yaxşı hisslər oyatdı" - Karius deyib.Gənc qapıçı əsas heyətə düşmək uğrunda 28 yaşlı Simon Minyole ilə rəqabət aparmalı olacaq. Belçikalı əlcək ustası yanvarda "Liverpool"la müqaviləsini 2021-ci ilə kimi uzatmışdı.