Çexiya prezidenti Qarabağ məsələsini müzakirə etmək üçün Yerevana səfər edəcək

26 May 2016 09:50 (UTC+04:00)

İyunun 8-də Çexiya prezidenti Miloş Zeman Ermənistana səfər edəcək. Virtualaz.org "Ermənistan xəbərləri" portalına istinadən xəbər verir ki, bunu Çexiya Respublikasının Yerevandakı fövqəladə və səlahiyyətli səfiri Petr Mikiska deyib.

Səfirin sözlərinə görə, Çexiya dövlət başçısının səfərinin gündəliyinə iki ölkə arasında iqtisadi əməkdaşlıq, Ermənistan və Avropa İttifaqı arasında münasibətlərin inkişafı, bu məsələdə Çexiyanın müvafiq dəstəyi, həmçinin regional siyasət, o cümlədən Dağlıq Qarabağ məsələsi də daxildir.