«Qarabağ» Azərbaycan Kubokunun sahibi oldu

26 May 2016 10:40 (UTC+04:00)

Bakıda Tofiq Bəhramov adına stadionda Ağdamın "Qarabağ" və Bakının "Neftçi" klubları arasında futbol üzrə Azərbaycan Kubokunun final oyunu keçirilib.Movqe.az xəbər verir ki, oyunun əsas vaxtında hesab açılmayıb.

Əsl dram əlavə vaxtın son dəqiqəsində yaşanıb. Hamı Kubokun taleyinin 11 metrlik cərimə zərbələri seriyasında həll olunacağını gözlədiyi vaxtda "Qarabağ"ın legioneri Miçel fəxri mükafatı komandasına qazandıran topu bakılıların qapısından keçirib.