"Prado" ilə "VAZ 2107" toqquşdu: ölən var

26 May 2016 13:33 (UTC+04:00)

Daxili İşlər Nazirliyi Sumqayıtda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Movqe.az-ın nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 25-də saat 09 radələrində Sumqayıt şəhərinin Corat qəsəbəsində şəhər sakini Namiq Məmişovun idarə etdiyi "VAZ-2107" və Cəlilabad rayon sakini Elçin Əsgərovun idarə etdiyi "Toyota" markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş N.Məmişov orada ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.