ARDNF Mərkəzi Banka 30 mln., 11 banka 20 mln. dollar satıb

26 May 2016 15:21 (UTC+04:00)

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb. Fonddan Movqe.az-a verilən məlumata görə, bu vəsaitdən 20 milyon ABŞ dolları məbləğində vəsait 11 banka və 30 milyon ABŞ dolları məbləğində vəsait isə Azərbaycan Respublikası Mərkəzi Bankına satılıb. İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.