Səhiyyə Nazirliyi: Quduzluğa yoluxan qadının vəziyyəti sabit ağır olaraq qalır

26 May 2016 16:45 (UTC+04:00)

Zaqatalada quduzluq xəstəliyinə yoluxan Pəri Turacovanın vəziyyəti sabit ağır olaraq qalır. Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, mütəxəssislərlə daim məsləhətləşmələr aparılır, xəstə sakitləşdirici təyinat alır. Qeyd edək ki, mayın 22-də Zaqatalanın Faldar kənd sakini, 1969-cu il təvəllüdlü Pəri Qasım qızı Turacova quduzluq əlamətləri ilə xəstəxanaya daxil olub. Məlum olub ki, onu xeyli vaxt əvvəl yaşadığı kənddə küçə iti dişləyib.