Nalbandyan və Məmmədyarov iyun ayında həmsədrlərlə görüşəcək

26 May 2016 17:28 (UTC+04:00)

İyun ayının əvvəlində Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə ayrı-ayrılıqda görüşlərinin keçirilməsi nəzərdə tutulub. Movqe.az "news.am"a istinadən xəbər verir ki, bunu Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan parlamentdə bildirib. Onun sözlərinə görə, görüşdə tərəflər Vyana sammitində əldə olunmuş razılaşmaların həyata keçirilməsi müzakirə olunacaq.

"Bu, danışıqların növbəti yüksək mərhələsinin keçirilməsinə imkan yarada bilər.Əldə edilmiş razılaşma görüşlərin formatını məhdudlaşdırmır", deyən Nalbandyan əalvə edib ki, prezidentlərin görüşündə heç bir sənəd imzalanmayıb. "Hər hansı bir sənədin imzalanması nəinki tezdir, hətta bu, mənasızdır. Hələlik imzalanması mümkün olan sənəd yoxdur".