İstanbul polisi antiterror əməliyyatı keçirir

27 May 2016 10:00 (UTC+04:00)

İstanbul polisi bu gün səhər saatlarından başlayaraq antiterror əməliyyata başlayıb.  Movqe.az-ın məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti yazıb.


Əməliyyat çərçivəsində artıq 40-a yaxın saxlanılan olduğu bildirilir, lakin onların adları açıqlanmır.


Qəzetin verdiyi məlumata görə, antiterror əməliyyatlar gün ərzində Türkiyənin başqa şəhərlərində də aparılacaq.


Sonuncu dəfə İstanbulda polis tərəfindən antiterror əməliyyatı martın 30-da keçirilib.