Zaqatalada quduzluq xəstəliyi aşkarlanan 47 yaşlı qadın ölüb

27 May 2016 10:32 (UTC+04:00)

Zaqatalada quduzluq xəstəliyi aşkarlanan 47 yaşlı qadın ölüb.

 

Mərkəzi Rayon Xəstəxanasından (MRX) Movqe.az-ın məlumatına görə, rayonun  Faldar kənd sakini, 1969-cu il təvəllüdlü Pəri Qasım qızı Turacova bu gecə saxlandığı yoluxucu xəstəliklər şöbəsində dünyasını dəyişib. 

 

Qeyd edək ki, Pəri Turacova mayın 22-də quduzluq xəstəliyi əlamətləri ilə xəstəxanaya daxil olmuşdu. Müayinə zamanı məlum olmuşdu ki,  aprel ayının 1-də onu yaşadığı kənddə küçə iti dişləyib. Pəri Turacova vaxtında həkimə müraciət etməyib./apa/