Azərbaycanı "Eurovision-2016"da təmsil edən Səmra Rəhimli "5-ci element" verilişinin qonağı olub
Movqe.az xəbər verir ki, müğənni müsabiqə boyu sosial
mediada geyiminə görə onu tənqid edənlərə cavab verib:
"Sənət yoldaşlarım və qohumları saxta profillərlə İnstaqramda
məni təhqir edirdilər. Çox yersiz bir hərəkət idi. İngilis
dilində şərhlər yazırdılar. Siz mənim qısa geyinməyimi
tərbiyəsizlik kimi görürsüzsə, niyə şərh bölməsinə söyüş yazırsız?
Bu, tərbiyəli addımdır? İnsanlar tərbiyəni paltarın uzunluğuna görə
ölçür. Şəhərə çıxanda məndən də açıq geyinən xanımlar görürəm.
Ən çox açılış zamanı qırmızı xalçada geyinən paltarım müzakirə
olundu. Amma o geyimdə özümü nağıl qəhrəmanına
bənzədirdim".
Səmra final günü Niderland təmsilçisinin qucağında çəkilmiş fotosu haqda şərh verərək deyib:
"Konsertə baxdığımız anda Niderland təmsilçisi gəlib şəkil çəkdirmək istədi. Məni qəflətən qucağına qaldırdı. O, Fransa və İspaniya təmsilçilərini qucağına aldı, heç kəs də bu qədər şişirtmədi"./axşam.az/