Hazal Kayanın iranlı fanatı həbs olunacaq

27 May 2016 12:00 (UTC+04:00)

Türkiyəli aktrisa Hazal Kaya onu sosial şəbəkələrdə narahat edən və iş yerinə hədiyyələr göndərən iranlı fanatı Elissa Yazdan Karamidən məhkəməyə şikayət edib.

Movqe.az Türkiyə mətbuatına istinadən bildirir ki, araşdırmalar nəticəsində Karaminin Hazala narahat edən mesajlar yazdığı, iş yerinə üzərində "sevgim, həyat yoldaşım..." yazılan hədiyyələr göndərdiyi məlum olub. O, öz şəxsi "Facebook" profilində də aktrisanın fotolarını paylaşaraq "Ya Hazalım, ya ölüm" yazıb.

Prokurorluğun hazırladığı iddianamədə iranlı fanatı 1 ildən 5 ilə qədər həbs gözlədiyi qeyd edilib.