Nərimanov rayonunda qətl hadisəsi baş verib

27 May 2016 12:20 (UTC+04:00)

Nərimanov rayonu ərazisində qətl hadisəsi baş verib.


Movqe.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 26-da paytaxtın Nərimanov rayonu ərazisində yaşayan Bakı şəhər sakini Emil Çobanov evində münaqişə zəminində bacısı Rübabəyə bıçaqla xəsarət yetirib və o, hadisə yerində ölüb.


Nərimanov rayonu 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Çobanov tutulub.