Tərtər və Ağcabədidə partlamamış mərmi tapılıb

27 May 2016 12:33 (UTC+04:00)

Tərtər və Ağcabədi rayonlarında sahədən partlamamış mərmi tapılıb.Movqe.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Tərtər RPŞ əməkdaşları tərəfindən rayonun Hacıqərvənd kəndinin ərazisində kənd sakini Aftandil Muradova məxsus torpaq sahəsindən 1 ədəd partlamamış tank əleyhinə olan mərmi, Ağcabədi RPŞ əməkdaşları tərəfindən rayonun Yuxarı Qiyaməddinli kəndinin ərazisindən 1 ədəd partlamamış top mərmisi tapılıb.