Sabah temperatur 33 dərəcəyə yüksələcək

27 May 2016 13:37 (UTC+04:00)

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Gündüz mülayim cənub-şərq küləyi əsəcək.


Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 25-30, Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti olacaq.


Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.


Azərbaycanın rayonlarında mayın 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacaq.


Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.