Azərbaycan nümayəndə heyəti Tiranaya yola düşüb

27 May 2016 14:00 (UTC+04:00)

Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyəti NATO PA-nın növbəti sessiyasında iştirak etmək üçün Albaniyanın paytaxtı Tirana şəhərinə yola düşüb.


Movqe.az xəbər verir ki, bu barədə Trend-ə nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.


Deputat bildirib ki, sessiya mayın 31-ə qədər davam edəcək.