Gülnarənin rəfiqəsi: "Təkcə anasıyla görüşməyə icazə verirdi"

27 May 2016 15:41 (UTC+04:00)

Movqe.az  bildirir ki, bu sözləri lent.az-a bir qədər əvvəl Peterburqda meşədə meyiti tapılan Gülnarə Vəliyevanın rəfiqələrindən biri deyib. Onun dediyinə görə, Samir Gülnarəni çox qısqanırmış. Onun hətta rəfiqələri ilə münasibətinə belə, demək olar ki, qadağa qoyubmuş. "O, Gülnarəyə təkcə anasıyla görüşməsinə icazə verirdi".Vəliyevanın rəfiqəsinin dediyinə görə, Gülnarə özü deyib-gülən, həyat sevgisi olan qız idi: "O, itəndən sonra ilk ağla gələn ilk fikir intihar etməsi idi. Amma biz ilk gündən bu versiyaya inanmamışdıq"./milli.az/